Azərbaycanda bu gündən etibarən aktiv olan Starlink-in əsas xüsusiyyətləri:

Qiymət:

Standart avadanlıq: 670 AZN

Mini versiya: 340 AZN

Çatdırılma: 50 AZN

Aylıq abunə: 100 AZN (Afrikada 20-40, Avropada 55, Amerikada 80-120 dollar)

İnternet sürəti:

25-200 Mbps (ortalama 100 Mbps)

Azərbaycanda mövcud orta internet sürəti: 38 Mbps

Hava şəraitinə dözümlülük:

Buludlu, yağışlı və küləkli havalar cüzi təsir edir

Çovğun və güclü yağış zamanı sürət 20-30% azala bilər

Avadanlıq və əhatə dairəsi:

Standart versiya: 297 m² (9.7 m radius)

Mini versiya: 112 m² (6 m radius)

Divarlar səbəbilə qapalı məkanlarda siqnal 20-30% zəifləyə bilər

Antena kompüter monitoru ölçüsündədir və açıq havada, səmaya baxacaq şəkildə quraşdırılmalıdır

Elektrik sərfiyyatı:

Standart versiya: 45 kWh/ay (təx. 4-5 AZN)

Mini versiya: 21 kWh/ay (təx. 2-3 AZN)

Cihaz qoşulma imkanı:

Standart avadanlığa 200 cihaz qoşula bilər (optimal sürət üçün 50 cihaz tövsiyə olunur)

3-4 ev üçün kifayət edəcək əhatə dairəsi mövcuddur, bu halda hər ev üçün aylıq xərclər təxminən 25 AZN təşkil edir.

Rəy yaz

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Related Posts